UNİKAL İNKİŞAF MƏRKƏZİ
MİSSİYAMIZ
VİZYONUMUZ
ÖZ FİLMİNİ ÇƏK
SÜKAN SƏNİNDİR!
ANA SƏHİFƏ
MƏKTƏB
MÜƏLLİM
DƏRS
ÜSTÜNLÜK
NİYƏ BİZ?
FƏRQLİYİK
TARİFLƏR
ƏLAQƏ
Missiyamız
×
"Arena" Həyat Məktəbinin məqsədi - Unikal Fərdi İnkişaf Mərkəzi olaraq insanların şəxsi inkişafı, pis vərdişlərdən qurtulması, potensiallarının üzə çıxarılması, yaradıcılıq imkanlarının artırılması, mənfi cəhətlərinin müsbət cəhətlərlə əvəzlənməsi, karyera yüksəlişi, ailədaxili münasibətlərin yaxşılaşdırılması, sağlam həyat tərzinin təbliği, xarici görünüşə diqqət ayırması, biznes sahəsi ilə bağlı maarifləndirilməsi, ətraf mühitə və insanlara sevgi göstərilməsi kimi məsələlərə diqqət ayıraraq onların lider olaraq qalib şəxs kimi formalaşmalarını, məqsədlərinə çatmalarını, uğur əldə edərək həyatlarını daha gözəl yaşamalarını təmin etməkdir.
Məktəbə yazıl
Vizyonumuz
×
"Arena" Fərdi İnkişaf Mərkəzinin vizyonu vətənimizdə layiqli vətəndaşlar yetişdirmək, onların yeni dostluqlar və əlaqələr quraraq xalqımızın rifahı, həmçinin ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltmək, dövlətin və cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında iştirakını artıraraq cəmiyyətə, ölkəyə faydalı olmaq, Azərbaycanın çiçəklənməsinə töhfə verməkdən ibarətdir.
Uğurlu olmaq üçün əlaqə saxla
Həyatının sükanı öz əlindədir!
×
Həyat avtomobil sürməyə bənzəyir. Maşın sürəndə əgər sükan arxasında özün əyləşmisənsə hara getdiyini, yolu və sürüş tərzini özün seçirsən. Sükan arxasında başqası olsa, o zaman avtomobili sürən şəxs maşını öz istədiyi tərzdə sürəcək. Həyatda da belədir.
Bu həyat sənindir, sənə məxsusdur, onu sən yaşayırsan. Necə yaşamaq istədiyini özün seç. Başqaları istədiyi kimi yox, öz istədiyin kimi yaşa. Həyatının sükanı arxasında sənsən. Öz həyatını özün idarə et. Məqsədlərinə doğru get, xəyallarını reallaşdır.
Kömək üçün əlaqə saxla
Məktəbimizlə öz həyatının filmini çək!
×
Filmlərə çox baxırıq, ancaq həyatın da bir film olduğunu unuduruq. Bəli, bizim həyatımız da bir filmdir. İnsan həyatından illərin serialını çəkmək olar. Sənin də hər günün serialın bir seriyası kimidir. Sən özün isə həm aktyor, həm də rejissorsan. Başqa filmlərə baxmaqdansa öz həyatının filmini çək!
Həyat filminin ssenarisi məhz sənin əlindədir. Sonda məğlub, yaxud qalib olmağın səndən asılıdır. Ssenarini istədiyin kimi dəyişirsən. Maraqsız bir film kimi adi həyat yaşamaq, yoxsa məşhur serial kimi nailiyyətlərinlə istədiyin gözəl həyatı yaşayaraq uğur qazanmaq.
Qərar ver və elə indi gözəl ssenarinin ilk epizodunu yazmağa başla.
Serial üçün müraciət et
Bizimlə Əlaqə
Biz sosial şəbəkələrdə:
Facebook
Linkedin
Instagram
Telegram
Telefon | Telegram | WhatsApp :
+994 51 583 63 53
E-mail:
info@ilis.az
Ünvan:
Nizami metrosunun yanı
Bakı, Azərbaycan
Həyat Məktəbi - Həyatınızın ən böyük investisiyalarından biridir.