Fərdi sahibkarlar
Sahibkar kimi fəaliyyətə başlamaq istəyən və yaxud artıq fəaliyyət göstərənlər.
Heç bir təhsil müəssisəsinin (məktəb, universitet) Sizə vermədiyi bilikləri bizim Fərdi İnkişaf Mərkəzimizdən əldə edə bilərsiniz.
Həyatda ən vacib nemət olan can sağlığı ilə yanaşı xarici görünüş də vacibdir. Yuxu, Qida, İdman - Nə lazımdır deyəcəyik.
Sevginin nə olduğunu insanların əksəriyyəti bilmir. Tanımıdağınız şəxslər belə daxil olmaqla hər kəsi səbəbsiz sevmək haqqında dərslərimizdə danışacağıq.
İnsanların istəkləri və bacarığı fərqlidir. İstər biznesi seçin, istər peşə üzrə işləməyi, hər bir yolda uğurlu olub, yaxşı yaşamağın mümkün sirrləri Sizə öyrədiləcək.
Çoxlu PUL, Gözəl YAŞAYIŞ, Yaxşı VƏZİFƏ - Necə əldə etmək olar?
Ölkəmizdə İLK dəfə olaraq UNİKAL təklif olan YENİ təhsil üsulu ilə
Fərdi İnkişaf Mərkəzi olan məktəbimizdə təhsil almaq imkanı qazanın.
Bu təhsil üsulu digərlərindən fərqlidir, üstündür, sərfəlidir. Sizə uyğun vaxt, cibinizə uyğun
qiymət, yeni, çalışqan, dəstək olan yoldaşlar, motivasiya verən və kömək edən bələdçi.
Bizim məktəbdə təhsil almaq üçün əlavə vaxt ayırmağa ehtiyac yoxdur. Gündəlik həyatınızı yaşayaraq
inkişaf edəcəksiniz.
İnsanların bir qismi heçnə etməyərək sərfəli fürsət düşməsini gözləyir. Sanki bir möcüzə baş verəcək,
hardansa kimsə sehrli bir çubuqla gələcək və onların istəklərini yerinə yetirəcək. Reallıq isə ondan
ibarətdir ki, biz nağıllar aləmində yaşamırıq. Həyatda vəziyyət fərqlidir. İstəklərinə çatmaq,
arzularını reallaşdırmaq üçün özün çalışmalı və bu yolda addımlar atmalısan.
Siz də başlayın, məhz BU GÜN ilk addımı atın. Məktəbimizlə tanış olun, xəyallarınızı gerçəkləşdirin.
Başlamaq üçün indi ən yaxşı vaxtdır.
İnsanları 0-dan başlayaraq hazırladığımız üçün özümüzü Məktəb olaraq təqdim edirik. Lakin, əmin ola bilərsiniz ki, gördüyümüz iş və sizlərə verdiyimiz fayda bir Akademiya qədər çoxdur.
Azərbaycana dünyanın ən qəddar təhsil üsulu olan "Küçə Məktəbi"nin müasir, 21-ci əsrə uyğun olan rahat, asan, itkisiz variantını hazırlayıb, sərfəli şərtlərlə gətirmişik. Bu tədris üsulu indi hər kəs üçün əlçatandır. Artıq ölkəmizdə hər bir ailədən olan insan bizimlə həyat dərsi keçib, özünün və ailəsinin xoşbəxtliyini təmin edə biləcək.
Əzablı, ağrılı, çətin və qaranlıq anlardan ibarət olan Həyat yolunda bizim vaxtilə keçdiyimiz təcrübələr və əldə etdiyimiz biliklərdən yararlanıb, sağlamlığınıza, pulunuza, enerjinizə və vaxtınıza qənaət edərək gənc yaşınızda uğurlar əldə edib həyatınızı xoşbəxt yaşayacaqsınız.
Daha ətraflı
Təhsil alaraq iş tapmaq, ya da özünü hansısa sahədə sınamaq çətin olur. Bəzən dərs yükünün çoxluğundan işləmək üçün vaxt və ya enerji qalmır. İş tapanda belə hər an səhv etmək qorxusu olur. Elə iş yerləri var ki, orada səhvlər bağışlanmır. Yaxud tələbə haradan, necə, kiminlə başlamaq lazım olduğunu bilmir.
Adətən hara müraciət edirsən işə götürmürlər. İşəgötürənlərin əksəriyyəti təcrübə tələb edir. Bu vaxta kimi heç yanda işləmədiyinə görə heçkim işə götürmək istəmir. Bəzən isə gülünc maaş və ya pulsuz işləməyi təklif edirlər. Elə də olur ki, iş elanlarında çox böyük tələblər qoyulur. Ya da heç diplom lazım olmur, başqa sahə üzrə işləməli olursan.
İş çoxdur, maaş azdır. Əsəb, işin çoxluğu, əlavə iş yükü, stress. Məvacib isə ailəni saxlamağa güclə çatır. Hər an işi itirmə qorxusu var. İşdə qalanda isə bir çox iş yerlərində perspektiv olmur. Karyerada heç bir irəliləyiş görünmür. İllərlə eyni vəzifədə qalırsan. Buna görə işçi çox vaxt əlavə gəlir barədə düşünür və ya yeni iş yeri axtarır.
İş elanları saytı və agentliklər var. Lakin, buna baxmayaraq iş tapmaq çətindir. Ürəyincə olan, şərtləri və maaşı səni qane edən iş yeri tapmaq heç də asan deyil. Bəzən buna aylarla vaxt sərf etmək lazım gəlir. Yaş 35-i keçibsə, bu da əlavə bir problemdir. CV-göndərmədiyin yer qalmır, lakin, ya ümumiyyətlə cavab gəlmir, yaxud da tamam başqa bir vəzifə təklif olunur.
Elə insanlar var ki, onların münasibət, ünsiyyət problemləri var. Yaxşı daxili aləmləri var, həyatda yaxşı insandırlar. Amma ya ailə daxilində, ya dostlarla, ya iş yoldaçları ilə münasibətlərində gərginlik, narahatlıq olur. Yaxud yanlarında sevdikləri şəxs olmur, tənhalıqdan əziyyət çəkirlər. Buna görə stress keçirir, bəzən hətta depressiyaya düşürlər.
Biznes, sahibkarlıq üçün bu ruhda olan şəxslər lazımdır. Yaradıcı insanlar hər zaman nəsə yaratmaq, yenilik etmək, olanları dəyişərək daha da yaxşılaşdırmaq üçün çalışırlar. Belə işlər isə çox vaxt komanda olmasını tələb edir. Tək əldən səs çıxmaz! Belə yaradıcı insan isə adətən ətrafında onu dəstəkləyən, onunla birlikdə çalışmaq istəyənləri tapa bilmir.
İnkişaf etmək, uğur qazanmaq, hər hansısa bir nailiyyət əldə etmək üçün çalışmaq lazımdır. Gərək daim öz üzərində işləyib, özünü inkişaf etdirəsən. Ancaq əfsuslar olsun ki, bunu etmək üçün adətən insana onun ətrafı mane olur. Dostları, tanışları, gündəlik ətrafında olan şəxslər irəli getməyə imkan vermir. İstəmədən də olsa sanki aşağıya doğru dartır, bataqlığa çəkirlər.
Regionlarda yaşayan vətəndaşlarımız məcburən gəlib Bakıda yaşayır. Rayonda, kənddə qalan insanlar çox vaxt uzaqda yaşadıqları üçün tək qalır, ruhdan düşür, ümidini itirərək uğur əldə etmək üçün heçnə etmir. Bakıda təhsil alan gənclər isə təhsil müddəti bitdikdən sonra yenidən kəndə qayıdırsa adətən rayonda bir iş tapıb, başlarını qatırlar. Onların da inkişafı orada bitir.
Ətrafımızda çayxanalarda saatlarla, çay evlərində dincələn və vaxt "öldürən" gənclər görürük. Nərd, domino, kart, playstation oynayan kim, qəlyanın tüstüsünü havaya buraxan kim. Bir çoxu ali təhsilli şəxslərdi, sadəcə şəxsi inkişaf dayanıb. İş həyatı, ailə, yorğunluq, stress, pul azlığı, işsizlik və bu kimi hallar vətəndaşlarımızı demotivasiya edərək inkişafdan saxlayıb.
Bank kreditləri, əlbəəl alınan borclar, bəzi peşələrin köhnələrək gündəmdən çıxması və sairə.
Problemlər çoxdur, hamısını yazmırıq. Önəmli olan odur ki, bir çox insanın belə problemləri var. Hər kəs isə buna
özünəməxsus şəkildə yanaşır. Kimsə çıxış yolu axtarır, kimsə artıq nəsə edərək vəziyyəti dəyişməyə çalışır, kimsə
möcüzə gözləyir. Kim istəyir gözləsin, lakin bildiyiniz kimi QIZIL BALIQ mövcud deyil.
Çox güman ki, heç kim sizin üçün heçnə etməyəcək. Ona görə kimsəyə ümid etməyin. Gələcəyinizi qurmaq üçün
yalnız özünüz hərəkət etməlisiniz. Nə etmək lazım olduğunu bilmirsiniz? Çətinliyiniz var? Problemlər sizi
narahat edir?
Hazırda yerləşdiyiniz nöqtədən xəyal etdiyiniz nöqtəyə çatana kimi yol boyu enişlər və yoxuşlar, qaranlıq və işıqlı yollarla qarşılaşacaqsınız. Həyatın bu qaranlıq məqamlarında bir əl fənəri kimi işıqlı yola çıxdığınıza qədər yolunuzu işıqlandırmağa hazırıq. Bunun üçün yaranmışıq.
Başqa təhsil müəssisələrindən fərqli olaraq, Sizi həyatın ümidinə buraxmırıq. Əlinizdən tutur, Sizə dəstək olaraq arzuladığınız nöqtəyə çatana kimi yanınızda qalırıq.
1-ci mərhələ
2-ci mərhələ
3-cü mərhələ
"ARENA" Unikal İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri dərsləri şəxsən özü keçir.
Ümumi əmək fəailiyyətinin müddəti: 15 il
Fərdi inkişafın araşdırılması müddəti: 8 il
Əvvəllər təsis etdiyi Bizneslər:
"Sot" - Kompüter Servisi
"Sot.Az" - Web Studiyası
"Pul.Al" - Pulsuz Elanlar Saytı
"Drive" - Ayıq Sürücü Xidməti
"Kiss Baku" - Kosmetika və Parfümeriya Dükanı
"vBaku" - Yuyucu vasitələrin satışı
"Kiss Mobile" - Online Telefon Dükanı
"DOD" - Rəqəmsal Marketinq Agentliyi
Rus dilində yazılan "Ananın Harayı - Oxu, Varlan, Gözəl yaşa" kitabının müəllifi.
layihəsinin ideya müəllifi və qurucusu.
3 bölümlü Tədris Vəsaitinin müəllifi.
Təqdim etdiyimiz təhsil növü hərtərəfli olaraq fərqlidir. İstər sizdən aldığı zamana, istər qiymətinə, istər
müddətinə görə digərlərindən seçilir. Özümüzü tərifləmirik, sadəcə bildirmək istəyirik ki, Sizi ən azından elə
Sizin özünüz qədər düşünmüşük. Belə ki, qarşınızda Unikal Təkliflə dayanmışıq. Odur ki, bu təhsilə yox demək üçün
bir səbəbiniz olmasın deyə bu məqamları nəzərə almışıq. Çalışmışıq elə bir mühit yaradaq ki, hər bir insan burada təhsil
ala bilsin. Uğurlu olmaq, bol nailiyyətlər əldə etmək, həyatınızı gözəlləşdirmək üçün bir ŞANS düşüb. Bundan istidadə
edin.
Təhsilin müddəti sizin şəxsi arzularınıza uyğun olaraq dəyişilir.
Təhsil vaxtı da azaddır. Sizin vaxtınıza uyğun tənzimlənir, qrup halında adi həyatınızla paralel olaraq online təhsil alır və heç bir işinizdən qalmırsınız. Dərslər
online şəkildə individual olaraq aparılır. Hər bir insanın özünə və məqsədinə görə tənzimlənir. Gündəlik normal həyatınızı
yaşayaraq, yaşayış tərzini tədricən dəyişib, hədəflərinizə doğru irəliləyirsiniz.
Təhsil üçün tələb olunan məbləğ çox az görünsə də, burada həyatınızı yaxşılığa doğru tamamilə dəyişib, xoşbəxt yaşaya
bilərsiniz. Ödənişlər 10 Azn-dən başlayır və insanların tələblərinə uyğun olaraq müxtəlif xidmət paketləri ilə
500 Azn-dək dəyişilir. Biz çalışırıq ki, Azərbaycanda yaşayan, ürəyində istəyi olan hər bir insan bizim məktəbdə
təhsil ala bilsin. Hamının özünü inkişaf etdirib, uğur əldə etmək, həyatını gözəl yaşamaq, ailəsinin gələcəyini təmin
edə bilmək, ölkə iqsitadiyyatının inkişafında iştirak etmək imkanı olsun. Düşünürük ki, simvolik olan bu 10 Azn
aztəminatlı bir ailənin övladının təhsili üçün belə əlçatandır.
Əgər hələ də düşünürsünüzsə, qərar verməkdə çətinlik çəkirsinizsə, həyatınızı və gələcəyinizi gözünüzün önünə gətirin. Bu məktəbdə aldığınız təhsil sizi tamamilə dəyişəcək. Ailəniz və özünüz necə dəyişildiyinizin şahidi olacaqsınız. Belə bir fürsət çətin ələ düşsün. Azad qrafik, ən yaxşı qiymət, sizi dəstəkləyən və kömək edən yeni dostlar, üstəlik hər zaman yanınızda olan şəxsi bələçiniz olan müəllim. Zaman onsuz bir göz qırpımında gəlib keçir. İnkişaf etmək üçün əlverişli vaxt gözləməyin, indi addım atın, inkişaf edən insanlardan biri olaraq, ilk sırada özünüzə yer ayırın. Digərlərindən geri qalmağa özünüzə imkan verməyin.
Sahibkar kimi fəaliyyətə başlamaq istəyən və yaxud artıq fəaliyyət göstərənlər.
Aylıq məvacibi qane etmədiyi üçün əlavə gəlirə ehtiyacı olan, lakin öz iş yerini tərk etmək istəməyənlər.
Analıq məzuniyyətində olduğuna görə işə gedə bilməyən, lakin ailəsi üçün əlavə pul qazanmaq istəyənlər.
İş təcrübəsi olmayan, daim evdə olan xanımlar.
İndiyə kimi heç vaxt işləmən və ya yeni iş axtaranlar.
Orta məktəbin yuxarı sinif şagirdləri, tələbələr, məzunlar.
İnsanların 95%-i özü üçün heçnə etmir, yalnız 5%-i öz gələcəyini qurmaq üçün addım atır.
Siz də həyatınızı gözəl yaşamaq üçün bu gün qərar verin.
Unutmayın ki, böyük uğurlar kiçik addımlardan başlayır.
Bizə yazmaq üçün @arena_fim
Biz Telegramda - mesaj yazın və ya kanalımıza abunə olun!
Bizə aşağıda qeyd etdiyimiz əlaqə vasitələrindən özünüzə uyğun olanını seçib müraciət edə
bilərsiniz. Yerləşdiyimiz ünvana xəritədə baxmaq üçün zəhmət olmasa ƏLAQƏ bölümünə keçin.
Telefon |
Telegram |
WhatsApp: +994 51 583 63 53
E-mail: info@afim.az